“Bəs deyirdilər, Qarabağda erməni sayını 300 minə çatdıracaqlar?”
Bizi izləyin

Nida.az

“Bəs deyirdilər, Qarabağda erməni sayını 300 minə çatdıracaqlar?”

“Ermənistanın Dağlıq Qarabağla bağlı iddialar başlayandan bu günə kimi İran bu ölkənin baza rolunu oynayıb”. Publika.Az-a bu sözləri millət vəkili Elman Məmmədov işğal altındakı Cəbrayıl rayonunun İranla sərhəd ərazisində, Araz çayı sahilində yeni kənd salınmasına münasibət bildirərkən deyib.

Müharibə dövründə Ermənistanı həm enerji, hər ərzaq, həm də silah baxımdan təmin etdiyini bildirən millət vəkili hesab edir ki, məskunlaşdırmanın sözügedən ərazilər genişləndirilməsi rəsmi İrəvanın Tehranla əlaqələrin daha da sıxlaşdırılması istəyindən irəli gəlir: “Məskinlaşan əhali İrana yaxındırsa, deməli, onların enerji və ərzaq təminatında da problemlər olmayacaq. Bəllidir ki, İran əhalisinin təminatı ermənilərdən daha yaxşıdır”.

Millət vəkili bu fikirdədir ki, ümumilikdə Ermənistanın Dağlıq Qarabağda məskunlaşma siyasəti uğursuzluğa düçar olub: “Qarabağda əhalinin sayı 60 mini keçmir. Orada heç 100 min əhali yaşamayacaq. Qarabağda yaşayanlar kimlərdir? İdarəetmədə olanlar, hərbçilər və ordan çıxa bilməyənlər. Rüşvət verməyənlər xaricə çıxıb gedə bilmirlər. Ağlı və pulu olan heç kimi orada qalmayıb. Onlar yaxşı bilirlər ki, Qarabağın işğalı müvəqqətidir, bu torpaqlar onların deyil”.

Qarabağ Azadlıq Təşkilatının ( QAT) sədri Akif Nağı məskunlaşmanı o qədər də ciddi problem saymır: “Ermənilər hazır yaşayış məntəqələrinə əhalini yiğa bilmirlər. Qarabağ kimsə gəlmək istəmir. Fikrimcə, bu ermənilərin vaxtaşırı apardığı təbliğatın növbəti mərhələsidir. Guya məskunlaşmanı genişləndirirlər. Məskunlaşma ilə bağlı deyilənlər reallığa söykənmir”.

QAT sədri qeyd edib ki, məskunlaşmanın uğurlu olmaması ilə bağlı faktlar çoxdur: “Ermənistan 10 il bundan əvvəl belə bir bəyanat vermişdi ki, 10 il ərzində Dağlıq Qarabağın əhalisinin sayını 300 minə çatdıracaqlar. Keçən il isə seperatçı qurumun statistika idarəsi bildiridi ki, burada əhalinin sayı 137 mindir. Halbuki münaqişə başlayanda işğal olunmuş ərazilərdə 145 min erməni yaşayırdı. Beynəlxalq qurumlar da deyir ki, işğal olunmuş ərazilərdə 50-60 min insan yaşayır. Yəni yerli əhali də çıxıb gedir”.

Ömər

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm