“Medvedevin gələcək taleyi heç kimə maraqlı deyil” - Mövqe
Bizi izləyin

Nida.az

“Medvedevin gələcək taleyi heç kimə maraqlı deyil” - Mövqe

“Dmitri Medvedevin Rusiyanın baş naziri və ya hakim “Vahid Rusiya” Partiyasının lideri seçilməsi rus xalqına heç nə verməyəcək”. Publika.Az-a açıqlamasında politoloq Vəfa Quluzadə Rusiya KİV-lərində mayın 7-də prezident kürsüsünü tərk edəcək Dmitri Medvedevin gələcək taleyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

Rusiyanın “Vedomosti” qəzeti məlumat yayıb ki, mayın 7-də prezident vəzifəsini Vladimir Putinə təhvil verdikdən sonra Dmitri Medvdev “Vahid Rusiya” Partiyasına rəhbərlik edəcək.

Politoloq Vəfa Quluzadənin qənəatinə görə, Putin-Medvedev klanı rus xalqının etimadını itirib və Medvedevin gələcək taleyi heç kim üçün maraqlı deyil: “Putin bütün dünyanı özünə güldürərək, yerini dörd illiyə Medvedevə verib, ölkəyə faktiki nəzarəti əlində saxladı. Bir növ, Dmitri Medvedev bu prosesdə Putinin əlində oyuncağa çevrildi.

Bu baxımdan Medvedevin gələcək siyasi taleyini də Putin müəyyən edəcək. Lakin ortada bir həqiqət də var ki, Medvedevin baş nazir və ya hakim “Vahid Rusiya” partiyasının lideri seçilməsi rus xalqına heç nə verməyəcək”.

Vladimir Putinin Rusiyaya rəhbərlik edəcəyi növbəti 7 ildə Rusiya-Azərbaycan münasibətlərinə toxunan politoloq hesab edir ki, Rusiya bu dəfə də Azərbaycana qarşı imperiya maraqlarını irəli sürəcək: “Rusiya postsovet məkanına daxil olan ölkələrə, o cümlədən Azərbaycana yalnız imperiya maraqları çərçivəsində yanaşır. Digər tərəfdən Azərbaycanla düşmən münasibətdə olan Ermənistana hərbi, iqtisadi, siyasi yardımlar göstərir.

Əlbəttə, Putin ənənəvi siyasətini davam etdirəcək. Digər tərəfdən Rusiyada yaşayan azərbaycanlı miqrantlardan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunacaq”.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm