AŞPA məruzəçisi Azərbaycanın nümayəndə heyəti ilə görüşüb
Bizi izləyin

Nida.az

AŞPA məruzəçisi Azərbaycanın nümayəndə heyəti ilə görüşüb

Bu gün Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə görüşdü.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə məruzəçinin Sərsəng su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xanım M.Markoviçə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış problemlər barədə məlumat verib.

Sərsəng su anbarının Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri üçün yaratdığı fəlakətli vəziyyət qonaqların diqqətinə çatdırılıb.

Söhbət zamanı S.Seyidov hazırlanacaq məruzənin obyektiv və ədalətli olacağına əminliyini ifadə edib.

M.Markoviç Bakıda əlaqədar nazirliklərdə görüşlər keçirdiyini qeyd edib. Bildirib ki, nümayəndə heyəti Sərsəng su anbarının yaxınlığında yerləşən Azərbaycanın nəzarətində olan rayonlara da səfər edəcək və vəziyyətlə yerində tanış olacaqlar. Qeyd edilib ki, məruzənin hazırlanmasında Avropa Şurası Parlament Assambleyasının bu işə cəlb etdiyi mütəxəssislər də yaxından iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm