XİN Pakistandakı terror aktını pislədi
Bizi izləyin

Nida.az

XİN Pakistandakı terror aktını pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş terrorla bağlı bəyanat verib.

XİN-dən Publika.az-a daxil olan bəyanatda qeyd olunur ki, Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyirik.

Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm