Nida.az
“... əsas səbəb Rusiyadır” - Açıqlama
“Mən də hesab edirəm ki, Suriyada Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasının əsas səbəbi Rusiyadır”.
Bunu Publika.Az-a açıqlamasında politoloq Vəfa Quluzadə ABŞ dövlət katibi Hillari Klintonun fikirlərini şərh edərkən bildirib.
Hillari Klinton bəyan edib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasının Suriyadakı böhranı tənzimləmək üçün konstruktiv tədbirlərini dəstəkləməkdən imtinası Bəşər Əsədə hələ də hakimiyyətdə qalmaq imkanı verir. Xanım Klinton Rusiyanı Suriya məsələsində xalqın yanında olmağa çağırıb.
Politoloq Vəfa Quluzadənin fikrincə, harada Rusiyanın imperiya maraqları var, o ölkələrdə daim çaxnaşmalar olacaq: “Sovet hakimiyyəti illərində diplomatik fəaliyyətdə olmuşam. SSRİ-nin Misirdəki səfirliyində yüksək vəzifə tutmuşam. Hələ ötən əsrin 60-70-ci illərində SSRİ Yaxın Şərq ölkələrini nəzarətə götürməyə başladı. Bu məqsədlə Suriyaya, Misirə, Livana və digər ölkələrə hərbi bazalar yerləşdirdi.
Elə o zamanlar da regionda SSRİ ilə ABŞ arasında qarşıdurma gedirdi. Bəzi hallarda bu qarşıdurma silahlı münaqişəyə çevrilirdi. İndi isə SSRİ dağılıb, Rusiya isə imperiyanın varisi olaraq, həmin gücdə deyil. Əlbəttə, Rusiya istəyir ki, sona qədər Yaxın Şərqdəki mövqelərini itirməsin. Çünki diktator rejimlərin süqutu sonda Rusiyanın özünü vuracaq. Buna görə də, minlərlə insanın şəhid olmasına, qan tökülməsinə baxmayaraq Bəşər Əsəd rejimini dəstəkləməkdə davam edir”.
Azər Niftiyev
Publika.Az
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər