• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Konstitusiya Məhkəməsindən Milli Məclisə tövsiyə

  • Nida.az
  • 10 Aprel 2012 10:35
  • 148 Baxış
Konstitusiya Məhkəməsindən Milli Məclisə tövsiyə

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olub.

Publika.Az rəsmi mətbuata istinadla məlumat verir ki, İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu və Gəncə Apelyasiya Məhkəməsinin müraciəti ilə əlaqədar konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsi Plenumu iş üzrə hakim İsa Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin "könüllü gəlib təqsirini boynuna alma" müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilib.

Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan "bu Məcəllənin 59.1.9-cu və 59.1.10-cu maddələrində" müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur.

Ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq olunması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı nəzərə alınması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR