Qənirə Paşayeva Kamboca parlamentariləri ilə görüşüb
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Kamboca parlamentariləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Kamboca Parlamentinin millət vəkili Nhem Thavy ilə Xocalı Soyqırımından danışıb.

Millət vəkili Qənirə Paşayeva Kamboca Parlamentinin millət vəkili Nhem Thavyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Kambocada Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Kamboca Parlamentinin millət vəkili Nhem Thavy başda olmaqla nümayəndə heyəti üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Kamboca Parlamentinin millət vəkili Nhem Thavy və nümayəndə heyəti üzvləri millət vəkilindən məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. Kamboca Parlamentinin millət vəkili Nhem Thavy və nümayəndə heyəti üzvləri Azərbaycanı gəlməkdən böyük məmnuniyyət duyacağını deyib və Azərbaycanla parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər.

Görüşün sonunda Qənirə Paşayeva onlara müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Kamboca heyətinə hədiyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm