• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nazir deputat Aydın Mirzəzadəyə nə hədiyyə edib? - Açıqlama

  • Nida.az
  • 12 Fevral 2014 15:58
  • 968 Baxış
Nazir deputat Aydın Mirzəzadəyə nə hədiyyə edib? - Açıqlama

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə elektron nəşrlərdə nəqliyyat naziri Ziya Məmmədov tərəfindən ona Bakı Beynəlxalq Avtovağzalındakı mağazalardan 4-ünün hədiyyə edilməsi ilə bağlı yazıya cavab verib.

A.Mirzəzadə Publika.Az-a açıqlamasında deyib: “Çox təəssüf ki, tanınmış bir jurnalist mənimlə bu cür yollarla mübarizə aparmağa üz tutur. Onun bu barədə söylədiyi ittihamlar əsassız və yalandır. Mənə heç bir mağaza hədiyyə edilməyib. Ümumiyyətlə, mən Bakı Beynəlxalq Avtovağzalına belə getmirəm. Tam yalan məlumatlardır. Mən öz fikirlərimin üzərində dayanıram. Əgər bu cür hadisə il Elton Məmmədov deyil, bir başqa deputat həmkarım rastlaşsaydı, o zaman da eyni fikirləri bölüşərdim”.

Xatırladaq ki, saytlarda yazılıb ki, YAP-çı deputat Aydın Mirzəzadənin YAP-çı deputat Elton Məmmədovun və onun oğlunun var-dövlətinin, pompeyvari dəbdəbəli həyat tərzinin müdafiəsinə qalxdı: “İlham Əliyev “mən xalqın xidmətçisiyəm” deyə öz ictimai vəzifəsini sadə və xəlqi dildə aşağıdan yuxarı, yuxarıdan aşağı hamıya çatdırır. YAP-çı Aydın Mirzəzadə isə dövlət başçısından nümunə götürüb xalqa xidmət etmək əvəzinə Məmmədovlara xidmət yolunu tutur. Xeyirdirmi?..”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR