“Qarabağdan Anadoluya könül körpüsü” ön cəbhədə
Bizi izləyin

Nida.az

“Qarabağdan Anadoluya könül körpüsü” ön cəbhədə

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən “Qarabağdan Anadoluya könül körpüsü” adlı silsilə tədbirlər çərçivəsində qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Tovuz rayonunda ön cəbhədə yerləşən hərbi hissədə tədbir və konsert proqramı keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Türkiyənin tanınmış sənətçisi Jale Parıltı Şeker, Türkiyədən gəlmiş aydınlar, Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova iştirak ediblər. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb və əsgər və hərbiçiləri qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan öz məmnunluğunu bildirib və torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğulayaraq onları qarşıdan gələn Dünya Azərbaycanlılarıın Həmrəyliyi Günü münasibəti ilə təbrik edib. “Siz ölkəmizi və ön cəbhəmizi çox layiqli qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarının qarşısını alır, layiqli cavab verirsiniz. Bu gün bütün dünya və düşmən sizin simanızda Azərbaycan ordusunun gücünü görür. Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək.

Arzu edirəm ki, gələn il bu cür tədbirlərimizi Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Millət vəkili Qənirə Paşayeva ön cəbhəyə onunla birlikdə Türkiyədən və Azərbaycandan aydınların, dəyərli sənətçilər Türkiyədən tanınmış sənətçi Jale Parıltı Şekerin və Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın rəhbərliyi ilə musiqi qrupunun da gəldiyini deyib. O bildirib ki, "Qarabağdan Anadiluya könül körpüsü” tədbiri üçün Türkiyə tərəfdən sənətçi olaraq Jalə xanım bu tədbir və konsert üçün təsadüfən seçilməyib, onun ailəsi 20-ci əsrin əvvəlində erməni silahlı dəstələrinin törətdiyi soyqırım, zülmlərdən Türkiyəyə köçmək məcburiyyətində qalıb. Eyni zamanda o, getdiyi hər yerdə Türkiyənin musiqi əsərləri ilə bərabər, Azərbaycan mahnılarını da ifa edir və təbliğ edir və Azərbaycan dilində, Azərbaycan türkcəsində bizim kimi danışa bilir, yəni bir millət iki dövlətin ən gözəl təmsilçilərindən biridir. Azərbaycan tərəfdən çıxış edəcək Nuriyyə xanım isə özünün vətənpərvər mahnıları ilə hər zaman əsgər və hərbiçilərimizin yanında olan dəyərli bir sənətçimizdir. "

“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib və Jale xanımla, Nuriyyə xanımın bu gözəl konsertini Tovuz rayonunda ön cəbhədə təşkil etdk. İnşallah gələn konsertlərinizi birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə verəsiniz”, – deyib."

Sonra səhnəyə çıxan Türkiyənin tanınmış sənətçisi Jalə Parıltı Azərbaycana gəlməkdən, bu cür böyük məna daşıyan tədbirlərdə iştirak etməkdən özünü xoşbəxt hiss etdiyini deyib. Millət vəkili Qənirə Paşayeva və hərbi hissənin rəhbərliyi Türkiyənin tanınmış sənətçisi Jale Parıltı Şekerə və Əməkdar Artist Nuriyyə Hüseynovaya Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə edib və siz artıq bundan sonra Azərbaycan Ordusunun könüllü əsgəri oldunuz deyib. Azərbaycan əsgərinin formasını geyinən Jale Parıltı Şeker "bu həyatımda aldığım ən gözəl hədiyyədir və hər zaman Azərbaycanın və ordusunun yanındayam və bundan qürur duyuram. Keşkə atam bü günü görsəydi deyib". Nuriyyə Hüseynova da Azərbaycan əsgəri formasını geyinməyin böyük bir şərəf olduğunu deyib.

Millət vəkili Qənirə Paşayeva və Tovuz rayon icra başçısı Tofiq Zeynalov Türkiyənin tanınmış sənətçisi Jale Parıltı Şekerə Azərbaycanın qədim musiqi alətlərindən olan saz hədiyyə ediblər və bildiriblər ki, inanırıq ki, Jale xanım bundan sonra Azərbaycan musiqisinin qardaş Türkiyədə daha da yaxından tanınmasına öz töhfəsini verəcək.

Sonra hərbi xidmətdə fərqlənən əsgər və hərbiçilərə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar hədiyyə edilib. Sonda tanınmış sənətçilər Jalə Parıltı Şeker və Nuriyyə Hüseynova Azərbaycan və Türkiyənin gözəl musiqi əsərlərini, ortaq musiqimizi gözəl şəkildə təqdim ediblər. Eyni zamanda əsgər və hərbçilərmizlə qonaqlar arasında gözəl və maraqlı söhbətlər də olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm