Nida.az
“Biz İctimai Palataya qoşulmayacağıq...“
"Qrup və fərdi maraqlar ictimai maraqlara söykənmirsə, demokratiyaya xidmət edə bilməz". Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətdaxili prosesləri şərh edərkən bildirib.
ADP sədri əlavə edib ki, siyasi partiyalar ölkədə və dünyada gedən
hadisələri nəzərə alaraq müttəfiqlik siyasətinə yenidən baxmağa
məcbur olurlar: "Bizim lider qəbul elədiyimiz Məmməd Əmin Rəsulzadə
üç dəfə partiya dəyişib. Hesab edirəm ki, mövqe dəyişikliyi
siyasətin təbiəti ilə bağlı olan bir şeydir. Buna normal
yanaşıram".
Sərdar Cəlaloğlu AMİP-in vaxtilə İctimai Palatanı tərk etməsinə
münasibət bildirərkən deyib ki, o zaman İctimai Palatadan kənarda
fəaliyyət verişli idi, indi isə yenidən quruma qoşulmaq: "Amma
unutmaq olmaz ki, qrup maraqları ictimai maraqları üstələyirsə, bu
artıq demokratik addım sayıla bilməz. Əlbəttə, AMİP
əsaslandırmalıdır ki, hansı səbəbdən yenidən mövqeyini dəyişir.
Yoxsa şübhələr özünə əsas tapacaq".
Konkret olaraq rəhbərlik etdiyi partiyanın İctimai Palataya
qoşulmaq perspektivlərinə toxunan ADP sədri belə bir niyyətdə
olmadığını söyləyib: "İctimai Palatada təmsil olunan partiya
liderləri ilə dəfələrlə müzakirələr aparmışıq. Onlarla
təmaslarımızdan gəldiyim yekdil qənaət ondan ibarətdir ki, həmin
liderlərin hadisələrə siyasi baxışı yanlışdır. Hesab edirəm ki,
İctimai Palatanın rəhbərliyində təmsil olunan partiya liderləri
ciddi uğurlar əldə edə bilməyəcəklər".
Azər Niftiyev
Publika.Az
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO