• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Televiziyalar haqqında qanun qəbul olunmalıdır“

  • Nida.az
  • 4 Aprel 2012 13:28
  • 169 Baxış
“Televiziyalar haqqında qanun qəbul olunmalıdır“

"Televiziyalar haqqında qanunun qəbulu labüddür". Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Qara Dəniz Parlament Assambleyası Mədəniyyət Komitəsinin sədri Jalə Əliyeva televiziyaların efir siyasətini şərh edərkən bildirib.


Millət vəkili telekanalların efir siyasətinin bərbad durumda olduğunu deyib: "Telekanalları gün ərzində ciddi verilişlər efirə verməyə məcbur etmək olmaz. Onlar da deyə bilərlər ki, ciddi verilişlər tamaşaçı cəlb eləmir. Amma bütün günü bayağı verilişlər yayımlanırsa, bundan ötrü həyəcan siqnalı çalmaq lazımdır. Telekanallar ictimai rəyin formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Onların yürütdüyü efir siyasəti əhalini, xüsusən də gəncləri öz arxasınca aparır. Əgər gənclər bütün günü şou, toy, qalmaqal verilişlərinə baxırsa, onların milli-mənəvi dəyərlərə sadiqliyinə heç kim zəmanət verə bilməz".

Millət vəkili hesab edir ki, proseslərin bu şəkildə gedişatı məsələyə inzibati müdaxiləni qaçılmaz edir: "Telekanallar ictimai qınaqdan nəticə çıxarmırsa, artıq inzibati resurslar işə düşməlidir. Bunu qanunla da tənzimləmək olar, digər vasitələrlə də. Amma ortada bir həqiqət var ki, gəncləri zərərli vərdişlərdən çəkindirmək, milli mentalitetimizə sahib durmaq üçün efir siyasətinə yenidən baxılmalıdır".

Azər Niftiyev
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR