“Əli Həsənovla görüşə başqa partiya sədrləri dəvətli deyil“
Bizi izləyin

Nida.az

“Əli Həsənovla görüşə başqa partiya sədrləri dəvətli deyil“

"Ümid" Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova görüşə dəvət məktubu göndərib.


Bu barədə Publika.Az-a "Ümid" Partiyasının sədri İqbal Ağazadə bildirib.

Əli Həsənovun mətbuatda müxalifətlə dialoqa və müzakirələrə hazır olduğunu dediyini xatırladan İqbal Ağazadə qeyd edib ki, onu aprelin 5-də, saat 12:00-da "Ümid"in qərargahında görüşə dəvət edib:

"Biz Əli Həsənovun bu təklifini dəyərləndirərək, onu görüşə dəvət etdik. Bu görüşdə məqsədimiz partiya rəhbərliyi və üzvlərini narahat edən məsələləri müzakirə etməkdir. Danışılası bir sıra məsələlər var. Ümid edirik ki, bu görüş baş tutacaq və hakimiyyətlə müxalifət arasında dialoq üçün müsbət addım olacaq".

Partiya sədri söyləyib ki, bu görüşə başqa partiya sədrləri dəvət olunmayacaq:

"Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun iştirakına da çalışacağam, lakin digərlərini xüsusi dəvət etməyəcəyik. Biz görüşə "Ümid" partiyası olaraq təşəbbüs göstərmişik. Lakin bu görüş açıq olacaq və digər siyasilər də qatıla bilərlər".

İqbal Ağazadə müzakirəyə çıxarılacaq məsələlər barədə məlumat verməyib:

"Bu barədə danışmaq istəməzdim. Hər halda, görüş baş tutsa, ictimaiyyətə ətraflı məlumat veriləcək".

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm