Nida.az
İran Azərbaycanda diplomatların sayını niyə artırır? - Şərh
"Azərbaycandakı İran diplomatlarının sayının çox olması və davamlı şəkildə artırılması maraq və müstəqilliyimizin Tehranda doğurduğu narahatlıqla bağlıdır".
Bu fikri Publika.Az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib:
"Azərbaycan İran üçün önəmli bir ölkədir. İranın əhalisinin mühüm
hissəsi azərbaycanlılardan ibarətdir və onların milli-mədəni
hüquqları belə lazımi şəkildə təmin olunmur, muxtariyyət yoxdur.
İran Azərbaycan Respublikasının müstəqilliyinin ilk günlərindən
dövlətimizə maraq göstərir. Bu da çox təbiidir. Amma təəssüf ki,
həmin maraqlar pozitiv mənada deyil".
O qeyd edib ki, Azərbaycanın Qərblə enerji, təhlükəsizlik və
siyasi-iqtisadi sahələrdəki əməkdaşlığı da İranı narahat etməyə
bilməz.
Buna görə də, İran var gücü ilə Azərbaycana təsirini artırmaq və
ümumilikdə regiondakı imkanlarını genişləndirmək məqsədi güdür:
"Məncə, burada təkcə diplomatların sayından söhbət getməməlidir.
Bizim mərkəzdə olan məlumata görə, Azərbaycanda 30-a yaxın İran
təşkilatı qeydiyyatdadır və böyük əksəriyyəti müstəqil və
qeyri-hökumət təşkilatı olan bu qurumlar İranın siyasətinə xidmət
göstərir, onun maraqlarını təbliğ və müdafiə edir. Diplomat sayı o
qədər də önəmli deyil. Diplomat daha çox diqqət mərkəzində olan
şəxsdir".
Rüfət Əhmədzadə
Publika.Az
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...