Quba olaylarında şok məqam
Bizi izləyin

Nida.az

Quba olaylarında şok məqam

Məlum Quba hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının məlumatından bəlli olur ki, etirazlarla nəticələnən video-çəkilişin yayımında rayon bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyevin xüsusi rolu olub. İndiyə qədər bələdiyyələri yerli icra hakimiyyətinin əlavəsi sayanlar bu faktdan şoka düşüblər.


İntriqanın səbəbi barədə danışan AVCİYA eksperti Məhərrəm Zülfüqarlı Publika.Az-a deyib ki, hələ bələdiyyələr yarananda icra hakimiyyətləri ilə yerli özünü idarəetmə orqanları arasında ikili hakimiyyətin əsasının qoyulacağı məlum idi: "Bunun bir səbəbi icra hakimiyyətləri ilə bələdiyyələrin səlahiyyətlərinin bəzi məsələlərdə üst-üstə düşməsidir. Qanunvericilikdə boşluqlar olduğundan hələ də icra hakimiyyətlərinin səlahiyyətində olan məsələlərin bələdiyyələrə də tapşırılması halları var. Bir də görürsən ki, icra başçısı bələdiyyədən hansısa iş tələb edir. Bu kimi hallar ziddiyyətlərin yaranıb dərinləşməsinə gətirir".

Zülfiyyə Telmanqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm