Rauf Arifoğlunun Əvəz Temirxana cavabı
Bizi izləyin

Nida.az

Rauf Arifoğlunun Əvəz Temirxana cavabı

"Bizim qəzetdə heç bir siyasətçiyə, o cümlədən Lalə Şövkətə qarşı heç bir qısqanclıq, embarqo və ya məhdudiyyət olmayıb".


Bunu Publika.Az-a "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın Lalə Şövkətə qarşı müxalifət mətbuatında qısqanclığın olması barədə açıqlamasına münasibət bildirərkən deyib.

"Lalə Şövkətə həmişə diqqətimiz olub. Hörmətli Lalə xanım mətbuatla sıx işləyən siyasətçilərdən deyil. O, müəyyən məqamlarda və özünə lazım olanda mətbuatla işləməyə üstünlük verir. Bu müddət ərzində biz dəfələrlə çalışmışıq ondan müsahibə götürək, onunla əməkdaşlıq edək və fikirlərini öyrənək, amma təəssüf ki, alınmayıb. Bunun baş tutmamasına səbəbkar biz olmamışıq".

O vurğulayıb ki, ALP liderlərinin fikirlərini və fəaliyyətini cəmiyyətə çatdırmağa həmişə hazırdır:

"Mənə elə gəlir ki, digər müxalifət qəzetlərinin də mövqeyi belədir".

Digər siyasətçilərin də müxlaifət mətbuatında ayrı-seçkiliyə tuş gəlməsi fikrini doğru hesab etməyən Rauf Arifoğlu qeyd edib ki, "Yeni Müsavat" qəzeti öz həmsöhbətlərini seçərkən publikaya görə də qərar verir:

"Biz fikir veririk ki, hansı siyasətçinin şəklinin bizim qəzetdə görünməsi onun tirajına necə təsir edə bilər. Həm də məlumatlar və açıqlamalar diqqətçəkən, önəmli olmalıdır. Gərək həmin insanın ictimai rəydə bir payı və çəkisi olsun ki, oxucuya da maraqlı gəlsin. Kimsə bizdən inciyirsə və bunda problem görürsə, səbəbi birinci özündə axtarsın və fəaliyyətinə nəzərə alsın".

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm