“Lalə Şövkət siyasi fəaliyyətdə pauza taktikası seçib“
Bizi izləyin

Nida.az

“Lalə Şövkət siyasi fəaliyyətdə pauza taktikası seçib“

"Lalə Şövkətin son zamanlarda siyasi partiya liderlərinin görüşlərində və birləşmə naminə aparılan danışıqlarda fəal olmaması onun pauza taktikası seçməsi ilə bağlıdır".


Bunu Publika.Az-a Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan ALP liderinin son zamanlar siyasi liderlərin görüşlərindən kənarda qalması barədə sualı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Lalə Şövkət Türkiyədə Xocalı soyqırımı ilə bağlı böyük bir konfransda çıxış etmişdi, lakin bu barədə mətbuatda heç bir məlumat verilmədi:

"Lalə Şövkət bu yaxında ATƏT-in səfiri ilə də görüşmüşdü. Təbii ki, Lalə Şövkət mətbuata çox çıxmır. Lakin o, siyasətdən getməyib, sadəcə onun fəaliyyəti KİV-də, o cümlədən müxalifət mətbuatında lazımınca işıqlandırılmır. Hesab edirəm ki, Lalə Şövkətə qarşı müəyyən bir qısqanc yanaşma var".

Əvəz Temirxan qeyd edib ki, ALP-nin xanım lideri siyasi fəaliyyətdə pauza taktikası seçib: "Biz Azərbaycanda siyasi camiənin durulmasını, arınmasını gözləyirik. Münasib bir zamanda Lalə Şəvkət öz siyasi fəaliyyətini yenidən gücləndirəcək. Vaxtilə birləşmə və bloklaşma təşəbbüsləri göstərmişik, lakin hazırda görürük ki, bu "birləşmə" anlayışı öz aktuallığını və əhəmiyyətini itirir".

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm