Nida.az
Əli Həsənov: “Rusiyadan çox şey gözləyirik“
Rusiya kimi böyük bir qonşu dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil, növbəti illər üçün münasibətlərimizin qarşısında duran prioritetlərin müəyyən olunması istiqamətində, qarşılıqlı şəkildə maraqlara daxil olan məsələlərin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir. Publika.Az-ın məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlər var
ki, bunlar qarşılıqlı şəkildə müzakirə olunur, qərarlar qəbul
olunur və həyata keçirilir", - Həsənov əlavə edib.
PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində
Rusiyadan çox şey gözləyirik.
"Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik
olan dövlət yoxdur. Biz həm regional məsələlərdə, həm Dağlıq
Qarabağ məsələsinə yanaşmada, həm Ermənistan üzərindəki mövcud
təsiri nəzərə alaraq bu bəyanatı veririk. Sözün həqiqi mənasında,
Ermənistan üzərində Rusiyanın təsiri dünyada analoqu olmayan bir
təsirdir. İstədiyi istiqamətə bu dövləti yönəldə bilər, istənilən
məsələdə konstruktivliyə yönəldə bilər. Bu anlamda Rusiyadan çox
şey gözləyirik. Rusiya tərəfindən təşəbbüslər var, Putin və
Medvedev tərəfindən bu istiqamətdə səylər nümayiş etdirilib. Güman
edirik ki, bu səylər bundan sonra da davam etdiriləcək və bu il
ciddi bir irəliləyişi müşahidə edəcəyik", - Həsənov bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin
3-4-də Azərbaycana rəsmi səfər edəcək.
Publika.Az
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR