• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakı Qərb-Rusiya müharibəsindən özünü necə qoruyur?

  • Nida.az
  • 18 Dekabr 2014 15:47
  • 545 Baxış
Bakı Qərb-Rusiya müharibəsindən özünü necə qoruyur?

“Rusiya-Qərb qarşıdurmasının güclənməsi fonunda əksər ölkələr öz tərəfini seçməyə məcbur oldu. Lakin bu qarşıdurmada distansiya saxlayan bəzi ölkələr də var. Bunlar ən birincisi yerləşdiyi mürəkkəb coğrafiyasına görə seçilən Azərbaycandır”.


Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşrinin siyasi yazarı Genadi Sisoyev bu məsələni araşdırmaq, Azərbaycanın buna neçə nail olduğunu öyrənmək üçün Bakıda səfərdə olub.


Azərbaycan paytaxtında Prezidenti Administrasiyasının nümayəndəsi Fuad Axundovla görüşən müəllif onun “böyük qardaşdan imtina” sözlərini əsas gətirir.


“Nə Vaşinqton, nə Moskva, nə Ankara bizim üçün böyük qardaş ola bilməz”, - deyə PA nümayəndəsi Sisoyevlə görüşdə bildirib.


Müəllif Azərbaycanın xarici siyasət kursunda tutduğu mövqeləri sadalayır. Rəsmi Bakı Rusiyanın Krımı özünə birləşdirməsini qınayan BMT qətnaməsini dəstəklədi. Faktiki olaraq, Qəbələ RLS-ni Rusiyadan aldı. Həmçinin, Rusiyadan yan keçən qaz kəmərləri çəkir. Lakin digər tərəfdən Bakı Kosovonu tanımır, Qərbin Rusiyaya qarşı olan “Nabucco” layihəsindən imtina etdi, anti-Rusiya mövqeli olduğu hesab olunan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” layihəsində aktivliyini zəiflətdi. Bununla yanaşı, Avropa Birliyi ilə Assosiativ Sazişi imzalamaq üçün alışıb-yanmır. Nəhayət, öz ordusunu NATO standartlarına uyğun şəkildə formalaşdırır. Buna paralel olaraq, Rusiya ilə hərbi əməkdaşlığı da davam etdirir.


“Buna necə nail olurlar?” deyə müəllif yazır.


PA nümayəndəsi müəlliflə söhbətində bildirib ki, Moskva üçün Azərbaycandan daha rahat partnyor yoxdur: “Lakin bizə Avrasiya İttifaqına qoşulmaq, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmaqla bağlı məsələyə baxmağı təklif edirlər. Nə üçün? Dağlıq Qarabağın qanunsuz olaraq Ermənistan işğalında saxlamaq üçünmü?”


Müəllif daha sonra politoloq Mübariz Əhmədoğlunun fikirlərinə yer verir.

“Azərbaycan prinsiplər üzrə siyasət qurmur, öz maraqlarını düşünür. Biz Rusiya və İranın təzyiqlərinə dözdük və onları bizdə Amerikapərəst siyasət aparılmağına inandıra bildik”, - deyə o bildirib.


Politoloq Rasim Ağayev isə Rusiyanın Azərbaycanla münasibətlərin pozulmasının öz zərərinə ola biləcəyini artıq anladığını deyib: “Lakin Bakının Dağlıq Qarabağla bağlı gözləntiləri var. Moskva isə İrəvanı işğal etdiyi torpaqları geri qaytarmaqla bağlı Bakının istədiyi bu addımı atmır”.


Mübariz Əhmədoğlu isə İŞİD təhlükəsinə diqqət çəkərək bunun Bakı və Moskva üçün aktual olduğunu bildirib.


Müəllif Vaşinqtonun Bakıya təzyiqlərinə toxunaraq yazır ki, ABŞ Azərbaycanın Rusiya ilə münasibətlərini uzun illər qısqanıb.


Daha sonra Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikirlərinə yer verir. R. Musabəyov ABŞ-ın Azərbaycana real heç nə vermək imkanında olmadığının deyib: “Bundan başqa, ABŞ bizim müxalifətimizə dəstək verərək başağrısı yaradır. Bu isə rəsmi Bakının qıcıqlanmasına səbəb olur”.


Türkiyəyə gəlincə, rəsmi Bakı Ankaranı da böyük qardaşı hesab etmir.


R. Musabəyov Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsinə toxunaraq bildirib ki, bu gündəmə gələndə rəsmi Bakı sərt reaksiya verdi.


Müəllif Qərbin tənqidləri fonunda Bakının Rusiyanın yanında yer alacağına dair fikirlərin səsləndirildiyini xatırladıb. Lakin politoloq buna əsas görmür. Birincisi, yüksək səviyyəli məmurlar Qərbi tənqid etsə də, Prezident İlham Əliyev açıq şəkildə tənqidləri dilə gətirmir. İkincisi, Bakı öz uğurlu siyasətində imtinaya ehtiyac görmür.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR