“O, bunu istəyən...” - Qarabağda müharibəyə kim maraqlıdır?
Bizi izləyin

Nida.az

“O, bunu istəyən...” - Qarabağda müharibəyə kim maraqlıdır?

“Rusiya indiki məqamda Dağlıq Qarabağda münaqişənin alovlanmasının tərəfdarı deyil”.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Respublika Partiyasının sədri, Dövlət Dumasının sabiq deputatı Vladimir Rıjkov deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı ABŞ, Avropa, Yaponiya, Yeni Zelandiya, Kanada və digər ölkələrin sanksiyaları fonunda Moskva yaxın bölgələrdə sakitliyin tərəfdarıdır: “Rusiya Ukraynada kifayət qədər münaqişəyə cəlb edilib. Bunun fonunda Cənubi Qafqazda hər-hansı münaqişə Moskva üçün xoşagəlməz haldır”.


Rıjkov Dağlıq Qarabağ münaqişəsinin həllindən məsul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticələr verməyəcəyini hesab edir: “Ukrayna böhranından sonra Minsk qrupunu həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa arasında qarşıdurma yaşanır. Bu çərçivədə normal əməkdaşlıq üçün qarşıdurma sıfıra enməlidir. Əksinə, qarşıdurmanın kəskinləşmə ehtimalı daha böyükdür və bu post-sovet məkanı üçün əlavə təhlükələr yaradır. Bu təhlükə isə Rusiyadan qaynaqlanmır. Çünki Moskva indiki məqamda post-sovet məkanında, onunla sərhəd olan bölgələrdə münaqişənin olmasının istəyən ən sonuncu tərəfdir”.


Sabiq deputat Rusiyanın Minsk qrupundan imtina edərək Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll etmək istəyində olmasına dair səslənən fikirlərə də münasibət bildirib.

“Mən başqa formata ehtiyac görmürəm. Çünki son on illər Minsk qrupunun həyat qabiliyyətini sübut etdi. Hər-halda bu illər ərzində həmsədrlər münaqişənin isti mərhələyə keçməsinin qarşısını ala biliblər. Əslində Rusiya həm Fələstin, həm Ukrayna, həm də Qarabağ münaqişəsində tərəflərin və Qərb partnyorları ilə normal dialoqun bərpa olunmasında istəklidir. Ona görə də hesab edirəm ki, beynəlxalq aləmdə Rusiyanın reytinqi qaydaya salınmayana qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu çərçivəsində hərəkət etmək mümkün olmayacaq” , - deyə Rıjkov vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm