İcra başçısının müavini Xaçmazda vəhhabi təhlükəsindən DANIŞDI – ÖZƏL
Bizi izləyin

Nida.az

İcra başçısının müavini Xaçmazda vəhhabi təhlükəsindən DANIŞDI – ÖZƏL

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanov “Atlant” istirahət mərkəzində odlu silahla xuliqanlıq edən şəxslərlə bağlı məsələyə münasibət bildirib.

Y.Mehmanov Publika.az-a açıqlamasında deyib ki, sözügedən hadisə yayda baş versə də, kimlərsə bunun videosunu internetdə indi yerləşdirib: “Kimlərsə bununla təxribat yaratmaq istəyir. O şəxslər bizim rayonun sakini deyil”.

Rayonda dini vəziyyətlə bağlı məsələyə də toxunan Y.Mehmanov qeyd edib ki, guya Xaçmazda dini vəziyyətin qeyri-sabit olması barədə mətbuatda yazılan məlumatlar doğru deyil: “Hər yazılana inanmaq lazım deyil. Bu cür məlumatlar həqiqəti əks etdirmir. Məgər biz burada yatmışıq? Biz burada gözlərimizi bağlayıb yatmamışıq. Xaçmazda vəhhabilərin və digər radikal qruplaşmların baş qaldırması barədə məlumatların yayılmasında kimlər maraqlıdır, bunu bilmirik. Allaha şükür ki, Xaçmazda hər şey yaxşıdır, seçkilərə hazırlaşırıq. Azərbaycanın hüququ-mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Hər şey tam nəzarət altındadır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm