• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vəfa Quluzadə bədbin danışdı

  • Nida.az
  • 23 Mart 2012 12:03
  • 179 Baxış
Vəfa Quluzadə bədbin danışdı

Fransa ATƏT-in Minsk Qrupunda həmsədr olduğu müddətdə heç bir iş görməyib, onu əvəzləməsi gözlənilən Avropa İttifaqı da ciddi bir iş görməyəcək.


Bu barədə Publika.Az-a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, Avropa Parlamenti Xarici Əlaqələr Komissiyasının ATƏT-in Minsk Qrupunda Fransanı Avropa İttifaqının (Aİ) əvəz etməsini nəzərdə tutan sənəd qəbul eləməsi Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir yenilik vəd etmir: "Hamıya məlumdur ki, Minsk Qrupunun işini əngəlləyən, Ermənistanın qeyri-konstruktiv mövqeyini formalaşdıran Rusiyadır. Ermənistan bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına heç vaxt razı olayacaq. Əgər siz Fransanı Avropa İttifaqı ilə yox, Marsla da əvəz etsəniz yenə də heç nə dəyişməyəcək. Biz böyük səylə ABŞ-ı Minsk Qrupuna cəlb edə bildik, amma Rusiya da öz mövqeyindən dönmür".

Politoloq vurğulayıb ki, ABŞ və Aİ Qarabağ məsələsinə görə Rusiyaya təzyiq göstərməyəcək: "Rusiya nüvə dövlətidir. ABŞ onsuz da Rusiyadan müəyyən güzəştlər əldə edib. Ya Rusiyada hakimiyyət dəyişəcək, ya da bu dövlət dağılıb-parçalanacaq, o zaman da Qarabağ məsələsi həll olunacaq".

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR