Arif Hacılı gözətçini işdən qovur? - İDDİA
Bizi izləyin

Nida.az

Arif Hacılı gözətçini işdən qovur? - İDDİA

Müsavat Partiyasının başqanı Arif Hacılı partiya qərargahının gözətçisini də qovmağa hazırlaşır.


Bu barədə Publika.az-a Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy deyib.


Onun sözlərinə görə, qərargahın gözətçisi Arif Hacılının tərəfdarı deyil: “Zahir bəy Qubad İbadoğlunun tərəfdarıdır. Ona görə də Arif Hacılı onun qərargahda işləməsini qəbul etmir. Hacılı zehniyyəti qapıçılara qədər hər kəsin öz tərəfdarı olmasını istəyir”.


Müsavatın Təşkilat Departamentinin sədri Razim Əmiraslanlı isə Publika.az-a açıqlamasında bunu təkzib edib.


“Bu, yanlış informasiyadır. Arif bəy bütün müsavatçıların başqanıdır. Müsavat partiyasında tərəf yoxdur. Zahir Beydullayev hazırda partiyadakı işində çalışır və bununla bağlı heç bir problem yoxdur”, - deyə Müsavat yetkilisi bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm