Milli Məclisdə uşaq hüquqları ilə bağlı dinləmələr keçirilib
Bizi izləyin

Nida.az

Milli Məclisdə uşaq hüquqları ilə bağlı dinləmələr keçirilib

Bu barədə Publika.Az-a "İrəli" İctimai Birliyindən məlumat verilib.


Dinləmələr Milli Məclisin yeni korpusunun III Mərtəbəsində Azərbaycan Respublikasının Milli Məclisinin sosial siyasət daimi komitəsi, "İrəli" İctimai Birliyi, "Save the Children" (Uşaqların Xilası) Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkili ilə keçirilib.

Dinləmələrdə Milli Məclisin Sosial Siyasət Daimi Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli, millət vəkilləri Ceyhun Osmanlı, Musa Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Sevinc Hüseynova, Hikmət Atayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Ombudsman Aparatının maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə, "Save the Children" təşkilatının layihələr üzrə meneceri Seymur Yusifli, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının əməkdaşı Günel Səfərova, "Ümidli Gələcək" Gənclər Təşkilatının rəhbəri Nabil Seyidov, UNİCEF Azərbaycanın əməkdaşı Zaur Nağıyev, "Hilfswerk Austria" təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Aytəkin Hüseynli, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin Sədri Nazir Quliyev, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və Azərbaycanın müxtəlif məktəblərindən olan 30-a yaxın şagird iştirak ediblər.

Dinləmələr zamanı uşaqlar arasında seçilmiş nümayəndələr millət vəkilləri qarşısında uşaq hüquqlarının və iştirakçılığının təmin edilməsi məqsədi ilə bir çox təkliflərlə çıxış etmiş, uşaq hüquqları üzrə ekspertlər və digər iştirakçılar da uşaq hüquqları ilə bağlı mövcud durum haqqında danışaraq uşaqların təkliflərinə öz münasibətlərini bildiriblər.

Qeyd edək ki, dinləmələrin keçirilməsində məqsəd uşaqların və uşaq hüquqları üzrə ekspertlərin birgə apardığı araşdırmaların nəticələri və bundan irəli gələn tövsiyələri uşaqlar tərəfindən Milli Məclis üzvlərinə təqdim etmək olub.
Məlumat üçün bildiririk ki, İctimai müzakirədən əvvəl uşaqlar və uşaq hüquqları üzrə ekspert "Azərbaycanda uşaq hüquqlarının təhlili" mövzusunda Bakıda və regionlarda uşaqlar və bu sahədə çalışan təşkilatlar arasında araşdırma aparıb və vəziyyəti təhlil edib.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm