• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Söyün Sadıqov: “Qərb Rusiyaya təzyiq edir”

  • Nida.az
  • 18 Dekabr 2014 18:00
  • 375 Baxış
Söyün Sadıqov: “Qərb Rusiyaya təzyiq edir”

Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, biznesmen Söyün Sadıqov Novruz bayramını Azərbaycanda qeyd edəcək.

Bu barədə Publika.az-a açıqlamasında S.Sadıqov özü məlumat verib.

Bakıya tez-tez gəlib-getdiyini söyləyən S.Sadıqov deyib ki, onun Azərbaycana gəlməsində hər hansı problem yoxdur: “Azərbaycan mənim üçün əziz yerdir. Mən imkan tapan kimi Bakıya gəlib-gedirəm. Bu Novruz bayramında da Azərbaycana gələcəm. Həmin ərəfədə mənim yaxın dostumun da oğlunun xeyr işidir. Gələndə ora da gedəcəm. Yəni, mənim Azərbaycana gəlib-getməyimlə bağlı heç bir qadağa və yaxud problem yoxdur. Hətta Azərbaycanda yüksək vəzifədə çalışan bir çox şəxslərlə də dostluq münasibətlərim var”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovla münasibətlərinə də toxunan S.Sadıqov YAP-çı deputatın fikirlərinə hörmətlə yanaşdığını söyləyib: “Siyavuş Novruzov mənim nə düşmənim, nə də dostum deyil. Ancaq çox istərdim ki, onunla dost olum. Hətta Bakıya gələndə buna cəhd edəcəm. Siyavuş Novruzovla dost da ola bilərəm”.

S.Sadıqov Qərbin rəsmi Moskvaya qarşı iqtisadi sanksiyalarından sonra Rusiyadakı azərbaycanlıların mövcud vəziyyətinə də münasibət bildirib: “Bilirsiniz ki, Rusiyada rublun məzənnəsi aşağı düşüb. Qərb bununla Rusiyaya təzyiq edir. Ancaq əminəm ki, Rusiya dövlət rəhbərliyi tezliklə bu problemin aradan qaldırılmasına nail olacaq. Rusiyada yaşayan və işləyən azərbaycanlılarla bağlı da heç bir problem yoxdur. Guya onların Azərbaycana qayıtması ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu cür məlumatlara inanmaq olmaz”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR