XİN:“Azərbaycan İranla yaxın qonşuluq münasibətlərinə sadiq qalacaq“
Bizi izləyin

Nida.az

XİN:“Azərbaycan İranla yaxın qonşuluq münasibətlərinə sadiq qalacaq“

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda imzaladığı bəyanatın, həmçinin Azərbaycan və İran arasında dövlətlərarası səfərlərin vacibliyini nəzərə alaraq biz İranla yaxın qonşuluq münasibətlərinin tərəfdarıyıq. Bu barədə Trend-ə bazar günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan cəfirinin İran XİN-inə çağırılması ilə bağlı qonşu ölkənin mətbuatında dərc olunan yazılara münasibət bildirərkən deyib.

Abdullayev səfirin İranın Xarici İşlər Nazirliyinə çağırılması faktını təsdiqləyib.

Daha əvvəl İranın İRNA agentliyi xəbər verib ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov şənbə günü İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

Axundova bir sıra şəxslərin SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunmasına qarşı etiraz ünvanlanıb.

Səfir bildirib ki, İranın reaksiyasını Azərbaycan hökumətinə ünvanlayacaq.

Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin apardığı xüsusi əməliyyat nəticəsində 22 nəfərdən ibarət qrup aşkar edilərək saxlanılıb. Onlar SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunurlar.

2012-ci ilin martın 7-də Naxçıvanda imzalanan bəyanatda regionda baş verən proseslərə dəstək ifadə olunub. Tərəflər dialoqu XİN səviyyəsində deyil, həm də iqtisadi inkişaf, nəqliyyat, turizm, mədəniyyət və energetika sahələrində davam etdirmək barədə razılığa gəliblər.

Publika.Az

Vaxt: 2012-03-18 13:26:00

Oxumağa davam et
Reklam
Reklam

Gündəm