Qubad İbadoğlu Əli Kərimlini qınadı: “Bu iyrənc kollaj tərbiyəsizlikdir”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Əli Kərimlini qınadı: “Bu iyrənc kollaj tərbiyəsizlikdir”

Müsavat başqanlığına keçmiş namizəd, ADR hərəkatının sədri Qubad İbadoğlu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı AXCP tərəfindən aparılan kampaniyanı pisləyib.


Publika.az xəbər verir ki, Q. İbadoğlu “Facebook” səhifəsində bu kampaniyanı iyrənclik adlandırıb: “Rauf Arifoğluya qarşı sosial şəbəkələrdə yerləşdirilmiş iyrənc kollaj mənəvi-əxlaqi dəyərlərimizin hansı səviyyədə aşınmasının göstəricisidir. Bu vasitələrdən istifadə edərək opponentini gözdən salmağa hətta cəhd etmək belə tərbiyəsizlikdir”.


Q. İbadoğlu bu kollaja görə AXCP sədri Əli Kərimlini də qınayıb.


“Yalnız onu hazırlayıb sosial şəbəkələrdə yerləşdirəni deyil, ona rəvac verən, onu sifariş edənləri ciddi şəkildə qınayıram və onlara müraciət edərək belə çirkin vasitələrlə mübarizə aparmağı dayandırmağa çağırıram”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm