Nida.az
“Düşünürəm ki, o, Rusiya ilə yenidən üz-üzə gəlməyəcək“
Gürcüstan prezidentinin yenidən Rusiya ilə hərbi toqquşmaları gözə alması və hər hansı hərbi əməliyyata hazırlaşması gözlənilən deyil.
Bu barədə Publika.Az-a açıqlamasında politoloq Elman Nəsirov
Mixail Sakaşvilinin "Payızda Putinlə Kaxetiya küçərəində
görüşəcəyik" sözlərinə münaisbət bildirərkən deyib.
"Hesab edirəm ki, Rusiyada Vladimir Putinin yenidən hakimiyyətə
gəlməsi Saakaşvilinin imkanlarını genişləndirməyə imkan vermir.
Məsələ ondadır ki, Putinin post-sovet məkanı ilə bağlı özünəməxsus
yanaşmaları var. Onun "Avrasiya İttifaqı" ideyası da var. Heç
şübhəsiz ki, onun post-Sovet məkanı, o cümlədən Gürcüstanla bağlı
ambisiyaları var və bunu gizlətmir də. Amma Mixail Saakaşvili
2008-ci ilin avqust hadisələrindən sonra daha praqmatik bir
siyasətçi olub. O zaman onda daha çox romantizm hiss olunurdusa,
artıq hadisələrə praqmatik yanaşacağını düşünürəm. Dününürəm ki, o,
Rusiya ilə yenidən üz-üzə gəlməyəcək".
Poiltoloq hesab edir ki, Gürcüstan beynəlxalq birliyin ona görə
Putinlə qarşıdurmaya getməyəcəyini bilir, ona görə də, növbəti dəfə
riskə getməyəcək: "Rusiya da bir qədər ehtiyatlı davranacaq. Hər
halda, bu ölkələr qonşudurlar və gündəmdə iki dövlət arasında viza
rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar durur. Digər
tərəfdən, ABŞ İranla bağlı məsələnin aktual olduğu bir zamanda
Rusiya ilə münasibətləri pisləşdirmək istəmir. Lakin birmənalı
demək olmaz ki, Gürcüstan Rusiyaya qarşı çıxmaqdan çəkinəcək".
Onun sözlərinə görə, Gürcüstan prezidentinin siyasi kursunda
Rusiyameylli dəyişiklik gözləmək doğru deyil: "Hər halda ciddi
konfrontasiya gözləmirəm".
E.Nəsirov Rusiya XİN rəsmisi M.V.Zaxarovun Azərbaycanı
"Saakaşviliyə tribuna verdiyinə görə" qınamasına da münasibət
bildirərək deyib ki, rəsmi Moskvanın Azərbaycanı qınamağa haqqı
yoxdur: "Azərbaycan hökuməti bu çıxışı dəstəkləməyib, Milli
Məclisin üzvləri tərəfindən eyni mövqe nümayiş olunmayıb.
Saakaşvili İtaliyada da Rusiyanı pisləyir, Almaniyada da.
Azərbaycanı bu məsələdə ittiham etmək yersizdir".
Rüfət Əhmədzadə
Publika.Az
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...