Avropanın həyat arteriyası: Bakı oyuna girir – alman ŞƏRHİ
Bizi izləyin

Nida.az

Avropanın həyat arteriyası: Bakı oyuna girir – alman ŞƏRHİ

Putin uzun illər hədəflədiyi “Cənub axını”ndan imtina etməklə Qərbi aldatdı. Artıq Avropa cavab atəşinə hazırlaşır. Təsadüfi deyil ki, Avropa Komissiyası Rusiyadan enerji asılılığını azaltmaq üçün yeni boru kəmərləri axtarır.


Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” nəşri yazıb.


Nəşr əlavə boru kəmərləri sırasında Bakını əsas alternativ olaraq təqdim edir.

“Qaz və boru kəmərləri yeni siyasi dueldə əsas vasitəyə çevrilib. İstehlakçının ehtiyacı olan qaz silah rolunda çıxış edir. Avropanın əksər ölkəsinin qaz istehsalçısı Rusiyadır. Bu baxımdan, “Köhnə Qitə” Ukrayna münaqişəsindən sonra Moskvanı bütün qitəni təhlükə riskləri ilə üz-üzə qoymaqda ittiham etməkdə haqlıdır. İndi əsas suallar budur: Avropanı yeni soyuq müharibə hədələyirmi? Avropa energetika resurslarının əsas təchizatçısı olan Rusiyadan qurtula biləcəkmi? Qərb Kremlin iqtisadi düşüncəsinə ümid edir. Yəni, nəticədə Moskvaya təcili milyardlar lazım olacaq və Putin razılıq verəcək.

Rusiya iqtisadiyyatının əsas hissəsini Avropaya satdığı enerjidən gələn gəlirlər təşkil etdiyini nəzərə alsaq, o zaman, hazırki situasiya Moskvanın özünə sərf etmir. Lakin Kremlin addımları təhlükəlidir və Avropa hansısa ümidlərə bel bağlaya bilməz. Yəni, Rusiya qazının asılılığından qurtulmağa məcburdur. Bu çətin olacaq. Qaz təchizatının şaxələndirilməsi uzun müddətli və bahalı prosesdir. Qısamüddətli alternativlər də Qərbə sərf etmir. Əgər Avropa Moskvadan üz döndərəcəksə, oyuna yeni güclər daxil olacaq. Bu güclər Azərbaycan, Qətər və Əlcəzairdir. Hər bir istiqamət üzrə ümumi siyasi xətt cızmaq olar. Azərbaycan: bu ölkə əsas alternativlərdən biridir. Eyni zamanda, Bakı xəttinə əlavə enerji mənbələri də tapmaq olar. Hər-halda, bu mənbələr məlumdur.

Lakin Avropa Azərbaycan alternativini əsas götürəcəksə, Bakının istəklərini də nəzərə almalıdır. Xüsusilə bu ölkə Rusiyanın qonşuluğundadır və uzun müddət bir yerdə yaşayıblar. Qətər və Əlcəzair də alternativ ola bilər. Lakin bu iki ölkənin demokratik inkişafdan geri qaldığı unudulmamalıdır. Avropa uzun müddətli alternativ tapmaq naminə siyasi prinsipləri də bir kənara qoymamalıdır. Bu baxımdan, üç ölkə arasında seçim düzgün edilməli, eləcə də digər alternativlər də nəzərdən keçirilməlidir”, - deyə alman nəşri qeyd edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm