Layihə rəhbəri: “Prezidentimizin gənclər siyasətindən çox razıyıq” – FOTOLAR
Bizi izləyin

Nida.az

Layihə rəhbəri: “Prezidentimizin gənclər siyasətindən çox razıyıq” – FOTOLAR

“Azərbaycan Prezidenti yanında Gənclər Fondunun biz gənclərə göstərdiyi diqqət və qayğı dövlət başçısının uğurlu gənclər siyasətinin bariz nümunəsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Danışan çay daşları” adlı layihənin müəllifi Ruslan Quliyev bildirib.

Onun sözlərinə görə, sözügedən layihə 2014-cü il iyunun 16-da Bakı şəhərində həyata keçirilib.

R.Quliyev deyib ki, layihənin keçirilməsində məqsəd istedadlı gənclərin inkişafına dəstək olmaq, daş üzərində oyma sənətini və bu sənət üsulu ilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək, gənclərin və ictimaiyyətin bu sənətə marağını artırmaqdan ibarət olub: “Layihə 2 ay davam edərək, Bakıda həyata keçirilib. Layihənin həyata keçirilməsi üçün Gənclər Fondu tərəfindən bizə 2100 manat vəsait ayrılmışdı. İnşallah bu cür layihələr davamlı olacaq. Biz dövlətimizin və cənab Prezidentimizin gənclər siyasətindən çox razıyıq. Prezident, cənab İlham Əliyev ölkə gənclərinə hər zaman diqqət göstərib və bu gün də bu uğurla davam edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm