Ədalət Əsgəroğlu: “Yəqin o yerlərdən biri bizə veriləcək“
Bizi izləyin

Nida.az

Ədalət Əsgəroğlu: “Yəqin o yerlərdən biri bizə veriləcək“

“Prinsipcə, Yazıçılar Birliyi qurultay keçirməyə hazırdır”. Martın 14-də “media forum” saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu belə deyib.


Ədalət Əsgəroğlu qeyd edib ki, texniki problemlər olmasa, mayın ortalarında qurultay keçirilə bilər: “Bütün hallarda bu il ərzində Yazıçılar Birliyinin qurultayı baş tutacaq. Qurultaya yer ayırması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcəyik. Müraciətimizdə üç yer göstərəcəyik. Yəqin o yerlərdən biri bizə veriləcək.

Yazıçılar Birliyinin nizamnaməsinə görə, beş ildən bir qurultay keçirilməlidir. Sonuncu qurultayımız 2004-cü ilin mayında keçirilib. Ləngimənin səbəbləri var. Bilirsiniz ki, il yarım Yazıçılar Birliyinin binası təmirdə olub. Altı ay da texniki problemlərin həllinə gedib. Qurultayın gecikməsinin səbəbi yalnız budur”.

“Yazıçılar Birliyinin sədri Anar növbəti qurultayda sədrliyə namizədliyini irəli sürəcəkmi” sualını Ədalət Əsgəroğlu belə cavablandırıb: “Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsi sədr seçilməsinə müddət məhdudiyyəti qoymur. Ola bilər ki, Anar müəllim öz namizədliyini yenidən irəli sürsün. Yəni bu onun haqqıdır. Onun seçilib-seçilməməsi isə Yazıçılar Birliyinin üzvlərindən asılıdır”.

Xalq yazıçısı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm