Fərəc Quliyev: “Qeyd olunan günlərə yenidən baxılmalıdır“
Bizi izləyin

Nida.az

Fərəc Quliyev: “Qeyd olunan günlərə yenidən baxılmalıdır“

Bu barədə Publika.Az-a açıqlamasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib


"18 oktyabr Müstəqillik günü bu illərdə həmişə qeyd olunurdu, lakin bu gün qeyri-iş günü deyildi. Mən hesab edirdim ki, bu səhvdir və münasibətimi də bildirmişdim. Ona görə yox ki, mən istiqlalçı deputatam. Bütün dünyada dövlətlərin müstəqillik günləri mühüm sayılır və dövlət başçıları bu günlərdə bir-birlərini təbrik edirlər. ".

O vurğulayıb ki, 18 oktyabr tarixi xüsusilə vurğulanmalı, ciddi şəkildə qeyd olunmalı gündür.

"Mən bu günün istirahət günü, bayram kimi qeyd olunması istiqamətində addımı təqdir edirəm. Ümumiyyətlə, milli müqəddəratımızın həll edilməsində önəmli olan günlər bayram kimi qeyd olunmalıdır. Hesab edirəm ki, tariximizdə olan hadisələrə, millətimizin ayaqda durmasında əhəmiyyəti olan günlərə zaman-zaman nəzər salınmalı, qeyd olunan günlərə yenidən baxılmalıdır".

SSRİ dövründə 9 may tarixinin "Qələbə günü" kimi qeyd olunduğunu xatırladan F.Quliyev əlavə edib ki, Azərbaycan tarixində mili əhəmiyyət kəsb edən hadisələrin, döyüşlərin tarixinin qeyd olunması əhəmiyyət daşıyır.

Rüfət Əhmədzadə

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm