Əvəz Temirxan: “Müxalifət öz qüvvələrini itirməməlidir“
Bizi izləyin

Nida.az

Əvəz Temirxan: “Müxalifət öz qüvvələrini itirməməlidir“

"İctimai Palatanın (İP) aprelin 8-nə planlaşdırılan aksiyası razılaşdırılmış şəkildə keçirilsə, daha məqəsədəuyğun olar".


Bu barədə Publika.Az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib.

“İctimai Palata ilə bir sıra məqamlarda fikirlərimizin uyuşmamasına baxmayaraq, mən İP-nin qərarına hörmətlə yanaşıram. Düşünürəm ki, mitinqin baş tutması, uğurlu alınması əhəmiyyət daşıyır. Lakin çox istərdim ki, builki aksiyalar keçənilki təşəbbüslər kimi olmasın, keçən aksiyalarda baş verənlər təkrarlanmasın”.

O vurğulayıb ki, hakimiyyətin münasib yer ayıracağı təqdirdə aksiyanın razılaşdırılmış şəkildə keçirilməsi yaxşı olar: “Müxalifət öz qüvvələrini itirməməli və narazı elektorat da öz mövqeyini dinc şəraitdə ifadə etməlidir”.

Ə. Temirxan İctimai Palata ilə əməkdaşlıq məsələsinə də toxunub.

ALP sədri qeyd edib ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə birlikdə ALP İctimai Palataya dəfələrlə təkliflər ünvanlayıb, amma qarşı tərəfdən müxalifətin birliyi istiqamətində bəlli bir mövqe müşahidə edilməyib.

“Yaxşı olardı ki, müxalifət hər hansı fikir müxtəlifliyinə baxmayaraq birgə mitinq keçirəydi. Ortaq mövqe nümayiş etdirəydi. Amma bu, hələ baş vermir”.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm