• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mirmahmud Mirəlioğlu: “Bizim bir ay əvvəl dediklərimizə indi gəlirlər”

  • Nida.az
  • 9 Mart 2012 12:44
  • 179 Baxış
Mirmahmud Mirəlioğlu: “Bizim bir ay əvvəl dediklərimizə indi gəlirlər”

M.Mirəlioğlu bildirib ki, onun keçən ilin mart-aprel aylarında mitinqlər ərəfəsində irəli sürdüyü təklifin üstündən keçilməsi yanlış addım olub.


"İctimai Palatada o zaman bu fikrə gəlirlər ki, artıq xeyli sayda insan həbs olunub, onları azad edə bilmirlər, qüvvələrin təhlükəsizliyini qorumaq üçün indi razılaşdırılmış aksiyalardan danışırlar. Bunu vaxtında düşünmək lazım idi. Bizim bir il əvvəl dediklərimizə indi gəlirlər".

KXCP sədri İctimai Palatadan və ya digər siyasi qüvvədən hər hansı aksiyada dəstək vermək barədə müraciət, yaxud da əməkdaşlıq təklifi olsa, münasibətini yalnız müzakirələrdən sonra bildirəcəyini deyib.

"Amma biz dəfələrlə birləşmə və əməkdaşlıq təklifləri ilə çıxış etmişik, təkliflərimiz havada qalıb. Amma bundan sonra hər hansı təklif olarsa, biz Demokratiya Uğrunda Müqavimət Hərəkatında bunu müzakirə edəcəyik. Martın 11-də hərəkatın Məclisinin toplantısı olacaq və yaxın gələcək üçün fəaliyyətimiz müəyyən ediləcək".

Qeyd edək ki, İctimai Palatanın kütləvi aksiyalar barədə yekun qərarı sabahkı sessiyada veriləcək.

Rüfət Əhmədzadə

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR