Sərdar Calaloğlu: “Müxalifətin birləşməsinə başlıca əngəl AXCP-Müsavat cütlüyüdür”
Bizi izləyin

Nida.az

Sərdar Calaloğlu: “Müxalifətin birləşməsinə başlıca əngəl AXCP-Müsavat cütlüyüdür”

"AXCP və Müsavat Partiyası Azərbaycanda siyasi dəyişikliklərin olmasını istəmir. Bunların başlıca hədəfi bir növ beş-on nəfəri aldadıb öz ərtafında toplamaq və müxalifət adı uğrunda mübarizə aparmaqdır", - bunu Trend-ə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Qeyd edək ki, bir müddət öncə müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlamışdı. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanmışdı.

Cəlaloğlu qeyd edib ki bu gün AXCP və Müsavat həmrəyliyə cəhd göstərmirlər.

"Onların bugünkü mövqeyi ondan ibarətdir ki, başqa partiyalar kiçikdir, nəyə görə onlarla təmasda olmalıyıq, onların fikrini nəzərə almalıyıq?", - partiya sədri deyib.

Məsələ ilə bağlı sualımıza cavab verən Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli məktubun təmsil etdiyi partiyaya gəlib çatmadığını bildirib.

"Məktub bizə gəlib çatmayıb. Əgər gələrsəŞ münasibət bildirərik", - Səmədbəyli deyib.

Cəlaloğlunun Müsavata qarşı ittihamlarına gəlincə isə Səmədbəyli bunun Cəlaloğlunun müstəqil fikri olduğunu deyərək şərh verməkdən imtina edib.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan da belə bir məktubun sədrlik etdiyi partiyaya gəlib çatmadığını deyib.

Cəlaloğlu bütün bunların sadəcə gülünc olduğunu bildirib.

"Biri deyir hələ məktub gəlməyib, biri deyir məktubda vergül səhfi var, biri deyir məktubda imza yoxdur. Bunların hamısı bəhanədən başqa bir şey deyil", - Cəlaloğlu deyib.

O bildirib ki ki, hər hansı bir məlumatı çatdırmağın müxtəlif formaları var.

"Tutaq ki, heç məktub göndərmədik, mətbuatda bəyanat verdik. Necə olur ki, Amerikada, Afrikada hansısa bir məlumatda nəsə çıxır, dərhal ona münasibət bildirirlər, neçə vaxtdır cəmiyyətdə bu ideya müzakirə olunur, lakin münasibət bildirilmir", - partiya sədri vurğulayıb.

Cəlaloğlu qeyd edib ki, bütün bu hadisələr göstərir ki, Azərbaycan müxalifəti siyasi cəhətdən tam yetkin deyil.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm