“Zaman-Azərbaycan”dan AKP-li deputata CAVAB
Bizi izləyin

Nida.az

“Zaman-Azərbaycan”dan AKP-li deputata CAVAB

“Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Anar Qaraxançallı Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçının “Zaman-Azərbaycan” qəzeti haqqında səsləndirdiyi fikirlərə cavab verib.

A.Qaraxançallı Publika.az-a açıqlamasında AKP-li deputatın bu cür fikirlərindən təəssüf hissi keçirdiyini söyləyib: “Mustafa Kabakçının “Zaman-Azərbaycan” ilə əlaqəli ifadələrini dərin təəssüf hissi ilə oxudum. Kabakçını şəxsən tanıyıram. Bir neçə il əvvəl hazırki səhiyyə naziri Mehmet Müezzinoğlu ilə birlikdə Bakıda qonağımız olmuşdu. 2 gün birlikdə rəsmi görüşlərdə olduq. Bizi yaxından tanıyan birisinin indi belə əsassız böhtan atması sadəcə ayıbdır.

Onun sözlərinə görə, biz Ərdoğan haqqında yalan və böhtan yazmışıq. Bütün yazdıqlarımız ortadadır. Bizə Ərdoğan haqqında yalanımız, böhtanımızla bağlı bir yazı göstərsin, ondan üzr istəyəcəyəm. Yox, əgər belə bir şey göstərə bilməsə, ümid edirəm ki, özü lazımi addımı atacaq.

“Zaman-Azərbaycan” qəzeti yayım siyasətində heç vaxt, heç kimə iftira, böhtan atmayıb. Bu baxımdan, tariximizlə qürur duyuruq.

Müsahibədə heç əlaqəsi olmadan məsələni “Zaman-Azərbaycan” qəzetinə gətirməsi, sonra da dəlilsiz ittihamlar irəli sürməsi düşündürücüdür. Ola bilsin ki, bu açıqlama ilə gələcək seçkilərdəki yerini təminat altına almaq istəyir. Bunun üçün bizdən istifadə etməsini ona yaraşdırmadım”.

Xatırladaq ki, Mustafa Kabaqçı Publika.az-a müsahibəsində “Zaman-Azərbaycan” qəzetinin Ərdoğana haqqında yalan və böhtan məlumatlar yaydığını bildirmişdi: “Bütün bunları biz də izləyirik. Ancaq bu cür hallar doğru deyil. Türkiyə və Azərbaycan arasında münasibətləri korlamaq üçün mediadan istifadə etmək əxlaqi davranış sayılmır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm