Mirmahmud Mirəlioğlu: “Rəsul Quliyevdən bizə təklif gəlməyib və müzakirəyə də çıxarılmayıb”
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu: “Rəsul Quliyevdən bizə təklif gəlməyib və müzakirəyə də çıxarılmayıb”

Bu barədə Pulika.Az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədri, Müqavimət Hərəkatınınn (MH) idarə heyətinin üzvü Mirmahmud Mirəlioğlu bildirdi.


KXCP sədri söylədi ki, hərəkatının son toplantılarında Rəsul Quliyevlə əlaqə qurulub və bu toplantılardan heç birində mitinq məsələsi müzakirə olunmayıb: “Bəzi KİV-də bu haqda yalnışlığa yol verilir. R.Quliyevin mətbuatda səslənən fikri bizə ünvanlanmayıb. Təklif yoxdur ki, müzakirəyə də çıxarılsın. Əgər elə təklif olsa, imkanlarımız və lazımi məsələr barədə müzakirə aparacağıq. Lakin düşünürəm ki, mitiniq və ya digər məsələlər barədə müzakirə yalnız MH-nin Məclisinin və regional şöbələrinin formalaşmasından sonra aparıla bilər. Hazırda təşkilati işlər gedir”.

M.Mirəlioğlu vurğuladı ki, əgər R.Quliyev tərəfindən 28 aprel və ya digər tarixdə mitinq təşkili barədə təklif nüzakirəyə çıxarılsa, hərəkatın buna imkanları müzakirə olunacaq.

Rüfət

Publika.Az



Oxumağa davam et
Reklam
Reklam

Gündəm