Nida.az
Zərdüşt Əlizadə: “Hər şey xalqın cəsarətindən asılıdır
Medvedyevin prezidentliyi dövründə Putin-Medvedyev cütlüyü Rusiya vətəndaşlarının bütün konstitusiyon hüquqlarını məhdudlaşdıraraq elə bir situasiya yaratmışdılar ki, Putin yenidən hakimiyyətə qayıda bilsin.
Bu barədə Publika.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə
bildirdi.
Sözügedən cütlüyün məqsədinin həmin korrupsiya sistemini saxlamaq
olduğunu deyən Z.Əlizadə qeyd edib ki, Duma seçkiləri
saxtalaşdırılandan sonra xalqın etirazları qarşısında hakimiyyətin
müxalifətə güzəşti yalnız mərkəzi telekanallarda bir qədər efir
vaxtı ayırmaqdan ibarət olub: “Amma bütövlükdə etiraf etməliyik ki,
ən azı 15 faizlik səs saxtalaşdırılması oldu. Əlbəttə ki, bu
halların qarşısını almaq üçün müxalifətin imkanları məhdud idi.
İndi bildirilir ki, 8 mindən çox insan hüquqlarının pozulması ilə
bağlı şikayət etməyə hazırlaşır. Amma hara şikayət edəcəklər?
Sifarişli məhkəmələrdən nə gözləmək olar?”
Rusiya Federasiyasının ictimai-siyasi həyatı ilə bağlı gözləntiləri
barədə suala cavab verən politoloq vurğuladı ki, Rusiyanın bundan
sonrakı taleyi məhz bu gün xalqın etiraza çıxması, müxalifətin sərt
reaksiya göstərməsi ilə əlaqəlidir: “Təbii ki, Putin yaratdığı
ədalətsiz vəziyyətə görə cavab verməli olacaq. Üzüyaya ölkədə
gözlənilən bahalaşmalar da onun durumunu pisləşdirəcək . İstənilən
halda, hər şey bu gün xalqın cəsarətindən asılıdır. Müxalifət
mövqeyində qəti dursa, Putin gedə bilər”.
Rüfət
Publika.Az
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək