Bahar Muradova: "... Müharibə qaçılmazdır"
Bizi izləyin

Nida.az

Bahar Muradova: "... Müharibə qaçılmazdır"

Serj Sarkisyanın Ermənistan prezidenti olduğu müddətdə Dağlıq Qarabağda müharibə qaçılmazdır. Milli Məclisinin vitse-spikeri Bahar Muradova belə hesab edir.


“Əgər Serj Sarkisyanın mövqeyi rəhbər tutulsa, o zaman müharibə qaçılmazdır” – deyə B.Muradova Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti şərh edərək bəyan edib.

“Əgər Azərbaycan bu məsələni Sarkisyanla müzakirə edərsə, o zaman müharibəni gözləmək lazımdır”, - deyə o əlavə edib.

Vitse-spikerin sözlərinə görə, dinc sakinlərin qan tökülmələrinə imkan yaradan dövlət başçıları barəsində sanksiyalar qəbul edən beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının gunahkarları barədə ikili standartlar nümayiş edirlər.

“Bununla belə, vəziyyəti qiymətləndirərək deyə bilərəm ki, Dağlıq Qarabağ problemini müharibəsiz həll edə bilərik. Biz Ermənistanı sülhə vadar etdirmək üçün müəyyən güvvələrə təsir göstərməyə davam edəcəyik”, - deyə o bildirib.

Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.

Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.

İnterfax-Azərbaycan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm