• USD 1,7025 0,00% EUR 1,8566 -0,33%
    • GBP 2,1909 +0,23% RUB 0,0299 -1,67%

Qənirə Paşayeva: “Xocalı qətliamı Türkiyə Parlamentində tanınsın!”

  • Nida.az
  • 1 Fevral 2012 23:09
  • 251 Baxış
Qənirə Paşayeva: “Xocalı qətliamı Türkiyə Parlamentində tanınsın!”

Q.Paşayeva vurğulayıb ki, biz bunu minnət xatirinə etmirik: “Bu məsələni öz məsələmiz kimi qəbul edərək, həm Parlament, həm Prezident Administrasiyası, həm Xarici İşlər Nazirliyi səviyyəsində, hər istiqamətdə dövlət olaraq hər iş görülüb ki, bu prosesin qarşısı alınsın. Parlamentlərarası dostluq qrupu olaraq hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fransa ilə də çox işlər görülüb. 77 imza ilə o qanunun ləğv olunması məsələsi gündəmdədir. Burada da təbii ki, Azərbaycanın, Milli Məclisin, parlamentlərarası dostluq qrupunun fəaliyyəti və rolu olub. Azərbaycan bununla bağlı ən sərt sözlərini də deyib. Hətta biz Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyində qalıb-qalmaması məsələsini də müzakirə etmişik. Çatdırmışıq ki, bu qanun qüvvəyə minərsə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz”.

Millət vəkili bəzi qüvvələrin Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istədiyini təəssüf hissi ilə qeyd edib: “Azərbaycanın bu istiqamətdə Türkiyəyə verdiyi böyük dəstək bəzi qüvvələri narahat edir və onlar hər vəchlə müəyyən məsələləri ortaya ataraq bu istiqamətə kölgə salmağa çalışırlar. Qəti olaraq bildirirəm ki, buna da nail olmayacaqlar”.

Millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı təkliflə də çıxış edib: “Mən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü olaraq təkli irəli vermək istəyərdim ki, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyə Parlamentinə müraciət göndərilsin və bununla bağlı parlamentdə geniş müzakirələr olsun, bu soyqırımı rəsmi şəkildə tanınsın. Bununla bütün dünyaya həm birlik və bərabərliyimizi göstərməklə yanaşı, gerçək soyqırımın kimlərin törətdiyini də göstərə bilərik”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR