Erməni diasporunun 2015 planı ifşa olundu: “Ruhları oyandırın”
Bizi izləyin

Nida.az

Erməni diasporunun 2015 planı ifşa olundu: “Ruhları oyandırın”

Erməni diasporunun 2015-ci ildə qondarma “erməni soyqırımı”nı tanıtmaq istiqamətdə təbliğat planlarından daha biri ifşa olunub.


Publika.az xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) Anadolu üzrə təmsilçisi İrfan Ermiş ermənilərin səfərbərlik elan etdiklərini bildirib: “Dörd tərəfdən “soyqırım” təbliğatını aparmaq istəyən ermənilər ABŞ, Fransa və İran başqa olmaqla bir çox ölkədə qurduqları lobbilərlə siyasi arenada zəfər çalmaq istəyirlər. Türkiyədə də qondarma “soyqırım”ın təbliği üçün hər bir yola əl atırlar”.


Onun sözlərinə görə, Amerikada ermənilərdən ibarət “System of a Down” rok qrupu “soyqırım” yalanlarını yaymaq üçün turneyə hazırlaşır.


“Erməni olmalarına baxmayaraq, heç vaxt bu ölkədə konsert verməyən bu qrup “Wake of the souls” - “Ruhları oyandırın” adlı musiqi turnesinə çıxır. Mən bu turneyə qatılan hər kəsə səslənirəm. 1915-ci ildə erməni quldur dəstələrinin Türkiyədə, Azərbaycanda və İranda törətdiyi qətliamlara baxsınlar. Türk, kürd, azəri demədən hər kəsi qətlə yetirdilər. Erməni diasporu unutmasın ki, nə qədər səfərbərlik elan etsələr də 2015-ci il onlar üçün boş bir ağac qabığı kimi olacaq. Ermənilərin 1918-ci ildə törətdiklərini bir kənara qoyuram, yaxın tarixdə Qarabağ və Xocalıda etdikləri qətliamların qanı hələ qurumayıb”, - deyə İ. Ermiş bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm