Nida.az
Səfir: Serbiya Azərbaycan investisiyalarına maraq göstərir
Serbiya və Azərbaycan arasında ikitərəfli siyasi münasibətlər çox
yüksək səviyyədədir. Bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran
Voyoviç ölkənin milli bayramı - Dövlətçilik Günü münasibətilə
Trend-ə müsahibəsində deyib.Onun sözlərinə görə, Serbiya və
Azərbaycan strateji tərəfdaşdırlar: "Ötən il Serbiya Prezidenti
Tomislav Nikoliçin Azərbaycana səfəri zamanı iki ölkə arasında
dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə
imzalandı. Həmin Bəyannamə gələcəkdə bütün sahələrdə qarşılıqlı
fəaliyyət üçün siyasi və hüquqi əsas yaradır".
Z.Voyoviç qeyd edib ki, qarşılıqlı münasibətlərdə iqtisadi
əməkdaşlığın inkişafı, gələcəkdə birgə infrastruktur sahəsindəki
layihələrdə irəliləyiş, birgə investisiya layihələri, ölkələr
arasında əmtəə dövriyyəsinin həcminin artırılması, Serbiya
şirkətlərinin Azərbaycandakı infrastruktur layihələrində iştirakı
prioritet məsələlərdir: "Bildiyiniz kimi, 2015-ci ildə Bakıda
keçiriləcək I Avropa Oyunları ərəfəsində tikinti işləri canlanıb.
Möhtəşəm layihələr həyata keçirilir, stadionlar, digər idman
obyektləri tikilir. Serbiya şirkətləri də həmin obyektlərin
tikintisində iştirak etməyə maraq göstərirlər".
Ticari-iqtisadi əlaqələr
Z.Voyoviç bildirib ki, Serbiya və Azərbaycan arasında
ticari-iqtisadi əlaqələr iki ölkənin əməkdaşlığında önəmli yer
tutur.Səfirin sözlərinə görə, 2010-cu ildə iki ölkə arasında əmtəə
dövriyyəsi bir neçə milyon səviyyəsində idisə, 2012-ci ildə həmin
göstərici 40 milyon avroya, 2013-cü ildə isə 60 milyon avroya
yüksəlib: "Serbiya Azərbaycana kənd təsərrüfatı məhsulları,
neft-qaz sənayesi üçün avadanlıq, eləcə də mebel, tikinti
materialları ixrac edir".
Humanitar sahədə əməkdaşlığa gəlincə, Z.Voyoviç vurğulayıb ki,
son illər bu sahədə bir sıra layihələr həyata keçirilib: "Həmin
layihələr sırasında Belqradda Azərbaycanın ümummilli lideri Heydər
Əliyev və serb yazıçı Milorad Paviçin heykəllərinin ucaldıldığı
"Taşmaydan" mərkəzi parkının yenidən qurulması, həmin şəhərdə
məscidin yenidən qurulması və digərləri var".
Diplomat deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir
çox layihələr həyata keçirilib: "Əlbəttə ki, bütün bunlar
ümumilikdə münasibətlərin inkişafına xidmət edir".
İnvestisiyalar
Bu gün Serbiyada bir neçə Azərbaycan şirkəti çalışır.Səfir
bildirib ki, Serbiya və Azərbaycan infrastruktur obyektlərinin
tikintisi layihəsi üzərində sıx çalışırlar: "Onlardan ən irisi
Serbiyada Azərbaycan şirkətlərinin əsas podratçılar olduğu
ikitərəfli avtomobil yolunun bir hissəsinin tikintisi layihəsidir.
Azərbaycanlı investorlar habelə Kralevo şəhərində azad zonaların
yaradılması və bir sıra digər layihələrdə iştirak edirlər".
Onun sözlərinə görə, Serbiya tərəfi strateji və siyasi
münasibətlərə uyğun olaraq Azərbaycanın investisiyalarına maraq
göstərir və azərbaycanlı tərəfdaşları Serbiyada investisiya
yatırmağa cəlb etməyə çalışır.
Diplomatın fikrincə, bütün sahələrdə əməkdaşlığın uğurlu inkişafı
üçün 26 saziş və müqavilədən ibarət kifayət qədər ciddi
müqavilə-hüquq bazası yaradılıb: "Daha bir neçə sənəd imzalanma
ərəfəsindədir. Onların arasında iki ölkənin müvafiq nazirlikləri
arasında səhiyyə və tibb sahəsində əməkdaşlıq haqqında memorandum
layihəsi də var".
İqtisadi sahədə əməkdaşlığın perspektivlərinə yaxın vaxtlarda
keçiriləcək Ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın növbəti iclasında baxılacaq.
Z.Voyoviç qeyd edib ki, iclasın gündəliyi və onun yekunları üzrə
imzalanması planlaşdırılan sənədlərin layihələri hazırlanma
mərhələsindədir.
Səfirin sözlərinə görə, bütün ölkələr, o cümlədən Serbiya enerji
daşıyıcılarının tədarükündə və onların marşrutlarının
şaxələndirilməsində maraqlıdırlar: "Serbiya Rusiya ilə müqavilə
imzalayıb, Qara dənizin dibi ilə Bolqarıstana, Serbiyaya və
Avropanın digər ölkələrinə çəkiləcək "Cənub axını" qaz kəmərinin
tikintisinə hazırlıq gedir. Digər tərəfdən, əgər söhbət
şaxələndirmədən gedirsə, o zaman Serbiya bir hissəsinin
Yunanıstanla Bolqarıstan arasında tikilməsi planlaşdırılan
Trans-Adriatik qaz kəməri ilə də qaz almağa maraq göstərir".
Turizm
Diplomat hesab edir ki, gələcək əməkdaşlıq üçün daha bir
perspektivli sahə turizm ola bilər. Onun fikrincə, Bakı ilə Belqrad
arasında birbaşa aviareysin açılışı buna kömək edə bilər.
Z.Voyoviç bildirib ki, 2012-2013-cü illərdə Serbiyanın "JAT
Airways" aviaşirkəti ilə Azərbaycanın AZAL aviaşirkəti arasında
Belqrad vasitəsilə ABŞ-a birgə reysin açılması ilə bağlı danışıqlar
aparılsa da, arzu edilən nəticə əldə olunmadı.
Səfir qeyd edib: "Ötən il "JAT Airways" ləğv edildi, onun əvəzinə
isə yeni "AIR Serbia" şirkəti yaradıldı. Bu şirkət BƏƏ-nin "Etihad
Airways" aviaşirkəti ilə saziş imzalayıb. Bu tərəfdaşlıq
çərçivəsində Serbiya şirkəti üçün 10 yeni "aerobus" təyyarənin
alınması planlaşdırılır. Bunun sayəsində şirkət Cənub-Şərqi
Avropada aviadaşıyıcıların lideri ola bilər. Və biz ümid edirik ki,
bu, ölkədə turizmin inkişafına gətirib çıxaracaq və Serbiyanın öz
tərəfdaşları ilə xarici ticarət əlaqələrini möhkəmləndirəcək".
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO