Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası başa çatdı
Bizi izləyin

Nida.az

Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası başa çatdı

Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış şəxslərin təşviqat kampaniyası üçün ayrılmış vaxt başa çatıb.

Publika.az xəbər verir ki, 22 gün davam edən təşviqat kampaniyası üçün ayrılmış vaxt bu gün səhər saat 08.00-da başa çatıb.

Təşviqat kampaniyasını qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları aparmaq hüququna malik idilər.

Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçiləcək.. Bu seçkilərdə bələdiyyə üzvlüyünə 37 079 namizəd, seçkiləri izləmək üçün isə 50 mindən artıq yerli seçki müşahidəçisi qeydə alınıb. MSK-nın qərarına əsasən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm