• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Amerikanın Azərbaycanda Moskvaya qarşı kəşfiyyat cəbhəsi – DETALLAR

  • Nida.az
  • 22 Dekabr 2014 12:27
  • 706 Baxış
Amerikanın Azərbaycanda Moskvaya qarşı kəşfiyyat cəbhəsi – DETALLAR

Bu yaxınlarda Azərbaycanda fəaliyyətini dayandıran ABŞ-ın “Sülh korpusu” ilə bağlı daha bir maraqlı məlumat ortaya çıxıb.


Publika.az-a daxil olan özəl məlumata görə, korpusun könüllüləri Azərbaycanın Şimal bölgəsində Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olublar.

Bu işin başında korpusun Deyrek adlı bir könüllüsü dayanıb. 30-35 yaşlarında olan Deyrek bir ildən artıq müddətdə Xaçmazda yaşayıb. O və bir neçə könüllünün Rusiya ilə sərhədə yaxın ərazilərdə əllərində “Planşet” və xəritə ilə sxemlər çəkərkən görənlərin olduğu deyilir.

Bu barədə danışan mənbə könüllülərin birində iki fərqli adda pasport gördüyünü bildirib. Ehtimal olunur ki, korpusun nümayəndələri bu pasportlarla Rusiya sərhədini keçmək istəyirmişlər.

Digər maraqlı məqamsa, korpusun fəaliyyətində Bakı ilə Moskvanı üz-üzə qoyacaq elementlərin olmasıdır. Belə ki, “Sülh korpusu” 2010-cu ildə həll edilən mübahisəli ərazi Xraxoba (indiki Palıdlı - red) kəndində Rusiya vətəndaşları arasında təbliğat aparırmış. Onlar rusları bu kəndi tərk etməməyə təhrik edir, bununla yanaşı, rəsmi Bakının təklif etdiyi vətəndaşlıqdan da imtina etməyə çağırırmışlar.


“Məqsəd bu bölgədə yeni münaqişə ocağı yaratmaq idi. Bu adamlar nəyin bahasına olursa olsun, Azərbaycan tərəfinə müqavimət göstərməli idi. “Sülh Korpusu” istəyirdi ki, belə bir münaqişə yaransın və Bakı ilə Moskva üz-üzə gəlsin. Çünki bunun baş verəcəyi təqdirdə ictimai rəydə, mətbuatda, hətta Azərbaycanın rəsmi dairələrində prosesdə Moskvanın barmağının olduğu fikri yaranacaqdı. Bu həm də çox təbii görünəcəkdi. Beləcə Azərbaycanla Rusiyanın münasibətləri pozulacaqdı. Eyni ssenarilər bölgədə rusların yaşadığı Ulyanoba kəndi üçün də hazırlanmışdı. Lakin rəsmi Bakı münaqişələr yaranmadan bu problemləri həll etdi”, - deyə adının açıqlanmasını istəməyən mənbə bildirib.


Mənbə Xraxobadan Dağıstana köçən rusların bu gün də Rusiyanın mərkəzi hakimiyyətinə qarşı etirazlar etdiyini qeyd edib: “Hesab edirəm ki, bu etirazların toxumları burda amerikanlar tərəfindən səpilmişdi”.

Qeyd edək ki, “Sülh Korpusu”nun Azərbaycanda fəaliyyətinin dayandırılması haqda Publika.az bir neçə həftə öncə daha bir maraqlı detallar aşkarlamışdı (http://publika.az/p/55177).

Belə ki, “Sülh Korpusu” könüllüləri əyalətlərdəki sadə insanlar üzərində iş aparır, müəyyən mənada beyin yuyulması prosesini həyata keçirirlər. Onlarda Amerika cəmiyyətinə rəğbət oyadılır, onların daxilində “inqilabçı” yetişdirilir. Bu “inqilabçı”lar, adətən, gənclərdən seçilir. Həmçinin müxtəlif bölgələr haqqında da məlumatlar toplayır. Misal üçün, Azərbaycanın ucqar kəndində yaşayan əhalinin istəkləri, tələbatı, həmin bölgənin coğrafi vəziyyəti və s. Bir növ yerlərdə “5-ci kalon”un əsas bazasını hazırlayırmış.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR