Vitali Arkov: “Bakı Qərblə tam qarşıdurmaya getməyəcək”
Bizi izləyin

Nida.az

Vitali Arkov: “Bakı Qərblə tam qarşıdurmaya getməyəcək”

“2014-cü il Azərbaycan və Rusiya arasında münasibətlər yüksək rəhbərlik səviyyədə davam etdi. Əslində bu ən doğru yoldur. Çünki tərəflər praqmatik olaraq hərəkət edirlər. Burda emosiyalara, yaxud əbədi qardaşlıq sevgilərinə yer yoxdur. Sadəcə işgüzar münasibətlər var”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı analitik Vitali Arkov deyib.


Onun sözlərinə görə, Bakı Vaşinqton və Brüsselin təzyiqlərini göz önünə alaraq Rusiyaya qarşı sanksiyalara qoşulmadı: “Eyni yanaşma Ankaradan da gəldi və Bakının addımı bu məntiqə uyğun görünürdü. Lakin bu Azərbaycan rəhbərliyinin Qərblə tamamilə qarşıdurmaya gedəcəyi demək deyil. Bakı bu gün enerji siyasətində əsas partnyorlardandır. Hesab edirəm ki, Azərbaycan tarazlaşdırılmış siyasətini davam etdirəcək. Həmçinin, onun siyasi müstəqilliyinə, iqtisadi potensialına zərər verə biləcək koalisiyalardan çəkinəcək”.


Dağlıq Qarabağ münaqişəsinə gəlincə, V. Arkov qarşıdakı ildə xüsusi bir gözləntinin olacağını düşünmür.


“ATƏT-in Minsk qrupu cəbhədə maksimum qarşıdurmanın olmamasına çalışmalıdır. Başqa cür münaqişənin həllində ciddi bir irəliləyişin olacağı görünmür”, - deyə rusiyalı analitik qeyd edib.


V. Arkov bu ili MDB üçün itirilmiş il adlandırıb: “Ukrayna çıxdı və faktiki olaraq MDB zəifləmək üzrədir. Hesab etmək olar ki, 2015-ci ilin birinci yarısında Belarus və Moldova da eyni addımı atacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm