Müsavatçı partiyaya qaytarıldı, rəhbərlik etiraz etdi – YENİ QALMAQAL
Bizi izləyin

Nida.az

Müsavatçı partiyaya qaytarıldı, rəhbərlik etiraz etdi – YENİ QALMAQAL

Müsavat Partiyasından başqan Arif Hacılının legitimliyinə etiraz etdiyi üçün xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov partiya üzvlüyünə bərpa edilib.


Publika.az-a daxil olan məlumata görə, bu barədə Qubadlı rayon təşkilatının Şurası qərar verib.

Amma partiya rəhbərliyi M. Muradovun bərpasını nizamnaməyə uyğun hesab etmir. Rəhbərlik bu qərarı araşdıracağını açıqlayıb.

Qubadlı rayon təşkilatı isə öz qərarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar partiyada barışıq yaratmaq niyyəti ilə əsaslandırıb.

Xatırladaq ki, oktyabrın 22-də M. Muradov öz iştirakı olmadan keçirilən toplantıda nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarına görə partiya sıralarından çıxarılıb. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun əsas tərəfdarlarından sayılır, sosial şəbəkələrdə başqan Arif Hacılıya qarşı sərt mövqeyi ilə seçilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm