Nida.az
Mətbuat Şurası bələdiyyə seçkisində monitorinq aparacaq
Azərbaycan Mətbuat Şurası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.
Mətbuat Şurasından Publika.az-a verilən məlumata görə, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində olacaqlar.
Bununla yanaşı Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərəcək (012) 441 35 96 telefon nömrəsi də saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarında olacaq. Həmçinin səsvermə prosesini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçiləri gün ərzində (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri ilə də əlaqə saxlaya, üzləşə biləcəkləri mümkün durumlar barədə məlumat verə bilərlər.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO