Azərbaycanda bələdiyyə seçkiləri başladı - FOTO
Bizi izləyin

Nida.az

Azərbaycanda bələdiyyə seçkiləri başladı - FOTO

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 37 min 77 nəfərə qədər namizəd qeydə alınıb.

Seçkilərə 8 siyasi partiya rəsmi olaraq namizədlərini irəli sürüb. Bu partiyalara Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik İslahatlar Partiyası, Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası daxildir.

Səsvermə 5015 məntəqədə həyata keçirilir. Bu məntəqələrdən 4887-i daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.


Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb.

Dekabrın 21-dən etibarən, yəni seçkiqabağı təşviqat kampaniyası qurtardığına görə namizədlərin təbliğat xarakterli materialları, şəhərin müxtəlif yerlərində asılan plakatlar artıq yığışdırılıb.

MSK çoxlu sayda maarifləndirici tədbirlər həyata keçirib. 8 ölkə miqyaslı müşavirələr, seminar və təlimlər keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm