Məzahir Pənahov: "Vətəndaşların bələdiyyə seçkilərində səsverməsi üçün bütün şərait var"
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: "Vətəndaşların bələdiyyə seçkilərində səsverməsi üçün bütün şərait var"

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilər başlamazdan öncə məlumat verərək qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.

M.Pənahov qeyd edib ki, seçkilər 50 mindən artıq müşahidəçi tərəfindən izləniləcək.

MSK sədri əlavə edib ki, seçkilərdə şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və bələdiyyə seçkiləri açıq elan edilib.

M.Pənahov qeyd edib ki, vətəndaşların səsverməsi üçün lazım olan bütün şərait yaradılıb.

MSK sədri əmin olduğunu bildirib ki, seçicilər seçkilərə məsuliyyətlə yanaşacaq və seçici fəallığı təmin ediləcək. M.Pənahov sədri onu da əlavə edib ki, gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm