MSK saat 10:00-a olan nəticələri açıqladı
Bizi izləyin

Nida.az

MSK saat 10:00-a olan nəticələri açıqladı

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 10.00-a olan seçki fəallığının nəticələrini açıqlayıb.

Publika.az-ın məlumatına görə, R.Gülməmmədov deyib ki, 118 seçki dairəsi, 5015 seçki məntəqəsi üzrə saat 10.00-a olan seçici fəallığı 501 254 nəfər təşkil edir. Onun sözlərinə görə, saat 10.00-a qədər seçici fəallığı 10,4 faiz təşkil edir.

R.Gülməmmədov xatırladıb ki, seçkilərdə 4 819 382 nəfər seçici, 1607 bələdiyyə iştirak edir: “Ən fəal seçki dairəsi 93 saylı Bərdə şəhər dairəsidir ki, artıq 16.2 faiz seçici səs verib. Ən passiv ərazi 13 saylı Xəzər-Pirallahı seçki dairəsidir ki, iki saat ərzində cəmi 6 faiz seçici səs verib”.

R.Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli “qaynar xətt”inə ümumi 25 müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".

Xatırladaq ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5015 məntəqədə səs verir. Səsvermə məntəqələri saat 08:00-da açılıb, 19:00-da isə bağlanacaq.

MSK gün ərzində daha 4 dəfə 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm