TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik etdi
Bizi izləyin

Nida.az

TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik etdi

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Publika.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, icazə verin, doğum gününüz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi,

Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim. Fürsətdən istifadə edib Zati-alinizə TÜRKSOY-un fəaliyyətini dəstəklədiyinizə görə dərin təşəkkürümü bildirmək istərdim. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Zati-alinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm